Nevroloji xəstələri yeni müalicə metodları

Türkiyənin məşhur fizioterapefti, Kuantom Düşüncə Mərkəzinin rəhbəri Şenol Gülseli Bakıda seminar keçirib. APA TV xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərinin tələbə və müəllim heyətinin, o cümlədən respublikanın müxtəlif xəstəxanalarında çalışan həkimlərin iştirak etdiyi təlim zamanı Şenol Gülseli "Kuantom" texnikası ilə nevroloji xəstələri müalicə metodlarını nümayiş etdirib. O bildirib ki, Bakıdakı keçirdikləri seminarın məqsədi  ölkəmizdə bu metodu tanıtmaqla yanaşı, bu üsulla müalicəni daha çox effekt verdiyini Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.

Şenol Gülselinin sözlərinə görə, onlar, həmçinin düşüncə mühəndisi işləyirlər. Bakıdakı keçirdikləri seminar zamanı qorxuları, hobilləri olan və  çətinliklə münasibət quran insanlarla görüşərək, bu barədə ətraflı məlumat veriblər. 

Azərbaycana tez-tez gəldiyini söyləyən Şenol Gülsel yerli həkimlərlə birgə bir neçə layihə üzərində işlədiyini söyləyib.

 

Müəllif | Apa.Tv