Türkiyənin Hakkari vilayəti də “müstəqillik” elan etdi - VİDEO

Türkiyənin daha bir vilayəti öz "müstəqilliyini" elan edib. Hakkaridə DBP və HDP-nin də daxil olduğu Hakkari Demokratik Şəhər Məclisi "öz üsul-idarələrini” bəyan ediblər. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, şəhərin bələdiyyə həmsədrləri Dilək Hatipoğlu, Nurullah Çiftçi, HDP Hakkari vilayət həmsədrləri Zeynəb Besi Dara, Rahmi Təməl, DBP Hakkari vilayət həmsədrləri Musa Çiftçi, Əminə Bərivan Akboğa, Hakkari şəhər məclisinin sözçüsü Pərihan Kahramanın da aralarında olduğu təxminən 200 nəfərin qatıldığı brifinq DBP vilayət binasının qarşısında keçirilib. Açıqlamanın mətnini oxuyan Hakkari Mərkəz rayon həmsədri İbrahim Çiftçi bildirib ki, "şəhərdə olan bütün dövlət qurumları bizim üçün legitimliyini itirib. Bundan sonra dövlətin təyin etdiyi heç bir şəxs bizi idarə etməyəcək".

 

Qeyd edək ki, bir neçə gün öncə oxşar hal Şırnak vilayətində baş verib. Türkiyə polisi separatçılara qarşı əməliyyat keçirib. Rəhbər şəxslərin bir neçəsi yaxalanıb, digərləri isə qaçıblar.

Müəllif | Apa.Tv
Apa.tv