Bin Ladenin ölmüş oğlu zühur etdi - VİDEO

"Al-Qaida" terror qruplaşması keçmiş liderləri Üsamə bin Ladenin oğlunun səsini yayımlayıb. APA TV-nin "The Telegraph"a istinadən verdiyi məlumata görə, təxminən 23-24 yaşlı Hamza bin-Laden terror təşkilatını Qərb ölkələrinin paytaxtlarında partlayışlar törətməyə çağırır.

Hədəf kimi başda ABŞ və müttəfiqləridir. O, London, Vaşinqton və Parisdən başqa siyahıya Təl-Əvivi, Kabulu və Bağdadı da əlavə edib.

Hamza ben -Ladenin 2005-ci ildən, hələ 13 yaşındaykən bəzi terror aktlarının həyata keçirilməsində və döyüşlərdə iştirak etməsi barədə məlumatlar var.

Onun hazırda harada olduğu bilinmir. Qəribə burasıdır ki, mətbuat onun 2011-ci ildə atası və ailəsi ilə birlikdə öldürüldüyü barədə məlumat vermişdi. Bu arada məlum olub ki, Pakistanın Abottabad şəhərində o yox, onun digər qardaşı - Xalid güllələnib. Bunu həmin vaxt Üsamə bin-Ladenin sığındığı evdən tapılan məktublar təsdiq edib. Aydınlaşdırılıb ki, "Al-Qaida"nın keçmiş lideri Hamza ilə həyatının son anına qədər əlaqə saxlayıb.
 

Müəllif | Apa.Tv
Apa.tv