Azyaşlı uşaqları Türkiyəyə istismar məqsədilə aparan şəxs sərhəddə tutuldu - VİDEO

11-12 yaşlı bu uşaqlar sərhədi qanunsuz keçərkən saxlanılıb. APA TV-nin məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılan bu azyaşlıları Zahid Hacıyev adlı şəxs aldadaraq  Türkiyəyə aparmaq istəyib.

 

"Avqustun 14-də 1970-ci il təvəllüdlü Hacıyev Zahid Qədir oğlu "Şıxlı" Sərhəd Nəzarəti Məntəqəsindən idarə etdiyi yük avtomaşınında yetkinlik yaşına çatmayan Gəncə şəhər sakinlərini Türkiyəyə aparmaq istəyib. Razılaşmaya əsasən onların dövlət sərhədini qanunsuz olaraq Gürcüstan istiqamətində keçməyə cəhd göstərmələrinə köməklik edib".

 

DSX-nin əməkdaşlarının sayıqlığı nəticəsində Zahid Hacıyev və azyaşlıların sərhəddən keçməsinin qarşısı alınıb.

 

"Gəncəyə gedirdik. Bir maşın saxladı, dedik, bizi Gəncəyə apar. O da bizi Şəmkirə apardı. Təklif etdi ki, sizi Türkiyəyə aparım gedin gəzin, dincəlin".

 

İlkin araşdırılma zamanı məlum olub ki, Zahid Hacıyev azyaşlıları aldatma yolu ilə gələcəkdə istismar məqsədi üçün ölkədən çıxarmağı planlaşdırıb. O, uşaqlara qabaqcadan istifadəsində olan mobil telefon nömrəsini verərək sərhədi qanunsuz yolla keçdikdən sonra onlarla Gürcüstanda təyin edilmiş yerdə görüşmək barədə razılıq əldə edib. Zahid Hacıyev isə deyilənlərlə razılaşmayaraq otağı tərk etdi.

 

Zahid Hacıyev
"Mən aparmırdım, özləri dedi gedirik. Mən də apardım. Mənə bu lazım deyil, bu şoudur".

 

Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv