Ermənilər Tovuzun kəndlərini yandırıcı güllələrlə atəşə tutub - HADİSƏ YERİNDƏN

Ermənilər Tovuzun sərhəd kəndlərində yanğınlar törədiblər. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gün günorta saatlarından etibarən Tovuzun sərhəd kəndləri olan Ağdam və Əlibəyli ermənilər tərəfindən yandırıcı güllələrdən atəşə tutulub. Nəticədə otlaq sahələrində yanğın başlayıb. Axşam saatlarında alov Ağdam kəndinə yaxınlaşdığından yanğınsöndürənlər əraziyə çağırılıb. Tovuz Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovun kəndə ziyan vurmaması üçün qabaqlayıcı tədbirlər görüblər.

 

Kənd sakinləri bildirib ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən alovu külək tez bir zamanda kəndə istiqamətləndirə bilib. Alovdan qorunmaq üçün yırtıcı heyvanlar və sürünənlərin də yaşayış evlərinə yaxınlaşması onlar üçün təhlükə yaratdığını deyirlər.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli