İrəvandakı ABŞ səfirliyində bomba həyəcanı - EVAKUASİYA
Ermənistanın Ərazi İdarəetmə Nazirliyinə İrəvanda ABŞ səfirliyinin binasına bomba qoyulduğu barədə məlumat daxil olub. APA TV-nin "Kommersant"a istinadən verdiyi xəbərə görə, məlumatı kimin ötürdüyü deyilmir. Hazırda səfirliyin binasında xilasedicilər işləyir. Səfirliyin əməkdaşları binadan evakuasiya ediliblər. Axtarışlar davam edir.