Xaçmazda 85 sürücü cərimələndi - REYD
Baş Dövlət Yol Polis İdarəsi və Xaçmaz rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Xudat-Nabran yolunun 1-ci kilometrliyində keçirilən reydin əsas məqsədi yol-nəqliyyat hadisələrinin qarşısını almaq olub.
Reyd zamanı yol hərəkəti qaydalarını pozan 85 sürücü barədə protokol tərtib edilərək, qanuna müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, bu kimi reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.