Qusar-Xudat yolunda iki maşın toqquşdu, xəsarət alan var
Ötən gün axşam saatlarında Qusar rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Qusar yolunun 7-ci kilometrliyində qeydə alınıb. “BMW” markalı minik maşını ilə “Lifan” toqquşub. Qəza nəticəsində “BMW”nin sürücüsü, Qusar rayonu, Avaran Palasa kənd sakini, 1973-cü il təvəllüdlü Ağadayev Natiq Nadir oğlu xəsarət alıb. O, Xudat Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, hadisəyə səbəb “BMW”nin əks istiqamətdə hərəkətdə olan maşınların yoluna çıxması və yüksək sürətdir.
Faktla bağlı araşdırmalar aparılır.