Xaçmazda mikroavtobus avtomobillə toqquşdu, yaralananlar var
Xaçmaz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində qeydə alınıb. Çarxı kənd sakini, 1966-cı il təvəllüdlü Yarışov Mirzə Rza oğlu idarə etdiyi “VAZ 21 723” markalı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Şabran rayonunun Mollakamallı kənd sakini, 1960-cı il təvəllüdlü Həmidov Mehman Məcnun oğlunun idarə etdiyi “Ford Deal” markalı mikroavtobusla toqquşub. Hadisə nəticəsində “VAZ 21 723” markalı avtomaşında olan sərnişinlər, 1993-cü il təvəllüdlü Xaçmaz rayonu Çarxı kənd sakini Məmmədov Nurlan Fuad oğlu və Xaçmaz rayonu Çarxı kənd sakini, 1995-ci il təvəllüdlü Yarışov Qəribşah Mirzə oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.