Dollar, avro, rubl... Həftənin ilk rəsmi məzənnələri açıqlandı

Mərkəzi Bank həftənin ilk valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, Mərkəzi Bankın bu gün açıqladığı yeni məzənnəyə əsasən 1 ABŞ dollarının kursu ötən həftəyə nisbətən cüzi bahalaşaraq 1,0488 manat olub. Avronun kursunda isə əksinə ucuzlaşma qeydə alınıb. Avrozonanın vahid valyutasının bu günə olan kursu 1,1633 manat olaraq açıqlanıb. Rusiya rublu isə ucuzlaşmaqda davam edir. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 16 manat 10 qəpik olaraq müəyyən edib. 

Müəllif | Apa.Tv
Apa.tv