Siyəzəndə 25 yaşlı gənc naməlum şəraitdə bıçaqlandı
Ötən gün axşam saatlarında Siyəzən rayonunda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Qafarov Kamran Rzaxan oğlu Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəsarət alan şəxs yıxılaraq xəsarət aldığını, yaxınları isə bıçaqlandığını iddia edirlər. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar aparılır.