Suriyada 25 yaşlı azərbaycanlı öldürülüb
Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın istinadən verdiyi məlumata görə, Zərdab rayonunun Qumlu kənd sakini, 1990-cı il təvəllüdlü Tural Yusif oğlu Əsdanov Suriyanın hökumət qüvvələri ilə döyüşdə qətlə yetirilib.
Onun yaxınlarının sözlərinə görə, Tural Əsdanov Suriyaya 2014-cü ilin sonunda gedib. Sonuncu dəfə o, evlə 1 ay əvvəl telefonla əlaqə saxlayıb. Onun öldürülməsi xəbərini ailəsi bir neçə gün əvvəl alıb.