900 il əvvələ dair arxeoloji materiallar - REPORTAJ

Ağdamda eramızdan əvvəl 11-12 yüzilliyə dair arxeoloji materiallar aşkarlanıb. Rayonun Mirəşelli kəndi ərazisində "Palıdlı nekropolu" adlanan qədim məzarlıqda bir neçə qəbir və xeyli sayda əşya üzə çıxarılıb. Arxeoloji ekspedisiyanın rəhbəri, professor Hidayət Cəfərovun sözlərinə görə, "Palıdlı nekropolu"nda artıq 7-ci mövsümdür arxeoloji qazıntılar aparılıb və burada Xocalı-Gədəbəy mədəniyyətinə aid çoxlu sayda nümunələr aşkarlanaraq öyrənilib. Son tapıntılar isə əvvəlki illərdə öyrənilən arxeoloji nümunələrdən tamamilə fərqlənir.

 

“Bu ilki tapıntılar miniatürlüyü ilə fərqlənirlər. Açılan qəbir yeniyetməyə məxsusdur. Yanında keramika nümunələri qoyulub. Bunlar da öz orijinallığı ilə fərqlənir. Onun çiyin hissəsində 8 guşə əks olunub. Bu qədim sənətkarların sənətin müxtəlif sahələrinə bələd olmalarını bir daha sübut edir”.

 

Professorun sözlərinə görə, burada müxtəlif dövrlərin dəfn adətlərini öyrənməyə imkan verən qəbirlər, həmin dövrlərin mədəniyyətini əks etdirən əşyalar üzə çıxıb.

 

“Qəbir abidəsi onu göstərir ki, Qarabağda ilk dəfə olaraq Palıdlıda torpaq qəbirlər aşkarlanıb, qəbirlər dördkünc olmaqla 80 sm - 2 metr arasında ölçüdədir. Dəfn mərasimi müxtəlifdir. Ölülər sağ və sol böyür üstə, bükülü vəziyyətdə, belləri düz, ayaqları, qolları dirsəkdən qatlanmış və müxtəlif formada dəfn edilib”.

 

İndiyədək sözügedən ərazidən 3000 il əvvələ dair müxtəlif dəfn adətlərini özündə əks etdirən 33 qəbir və yüzlərlə əşya tədqiq olunub.

 

Müəllif | Apa.Tv