Şəmkir sakini qeyri-rəsmi yaşadığı qadının 2 yaşlı uşağını qətlə yetirib

Şəmkir rayonunda 4 ay əvvəl baş vermiş tükürpədici qətlin üstü açılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Posanlı yaşayış massivində, mənzillərin birində baş verib. İrmaşlı kənd sakini, 32 yaşlı Fariz Mirzəyev qeyri-rəsmi yaşadığı 25 yaşlı Bahar Hüseynovanın 2 yaşlı oğlu Nihata müxtəlif xəsarətlər yetirməklə onu qətlə yetirib. Sonra isə uşağın yaxınlarını aldadaraq meyiti yaşadığı İrmaşlı kənd qəbiristanlığında basdırıb. Artıq meyit basdırıldığı yerdən çıxarılaraq ekspertizaya təqdim olunub və fakt təsdiqini tapıb.

 

Şəmkir rayon prokurorluğunun müstəntiqi Rəcəb Hacıyevin sözlərinə görə, Fariz Mirzəyev şübhəli şəxs qismində saxlanıb. Onun cinayəti hansı zəmində törətdiyi istintaqın yekununda məlum olacaq.

Müəllif | Apa.Tv
Apa.tv