Şahdağ Milli Parkında yanğın söndürülüb

İsmayıllı rayonu ərazisində baş verən meşə yanğının qarşısı alınıb. APATV-nin yerli bürosunun xəbərinə görə, Şahdağ Milli Parkı ərazisində başlayan yanğın getdikcə geniş ərazini əhatə edib. Rayonun Tircan kənində yüksək dağlıq ərazidə quru ot, kol-kos və meşə zolağında ağaclar yanıb. FHN-nin İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Hal-hazırda yanğın söndürülüb. Ümumilikdə 3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov