Gəncədə maşın dərəyə aşdı, yaralılar var
Gəncə şəhərinin şərq çıxışında avtomobil aşıb, yaralılar var. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə saat 16 radələrində Gəncə avtovağzalının yaxınlığında qeydə alınıb. Hərəkətdə olan “20 DH 426” dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobil yolun kənarındakı dərəyə aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.