Kürdəmirdə otla dolu “Kamaz” yandı

Kürdəmirdə yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun 209-cu kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb. Fikrət Əliheydərova məxsus otla dolu “KamAZ” markalı yük maşınında yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Kürdəmir Yanğından Mühafizə hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Qısa müddətdə yanğının qarşısı alınıb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv