Kürdəmirdə “Hyundai” yoldan çıxaraq aşdı - QƏZA GÖRÜNTÜSÜ
Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən axşam Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
“Hyundai” markalı minik maşınının sürücüsü, 57 yaşlı Nəcəfov Çingiz İdris oğlu Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü Ç. Nəcəfov aldığı müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib.
Həkimlər yaralının vəziyyətini orta ağır kimi qiymətləndirilər. Hadisənin dəqiq səbəbi araşdırılır.