Tailnadda partlayış: 19 ölü, 123 yaralı

Tailandın paytaxtı Banqkokun iş və turizm bölgəsində, iri mağazalar və əsas hind məbədinin yaxınlığında terror aktı törədilib. APA TV-nin məlumatına görə, partlayış nəticəsində 19 nəfər ölüb, 123 adam yaralanıb.

 

Ötən axşam baş vermiş partlayışdan sonra polis hadisə yerindən ikinci partlayıcı qurğunu aşkarlayıb, əraziyə istehkamçılar cəlb edilib. Bir qədər sonra hadisə yerinin yaxınlığından üçüncü partlayıcı qurğu da tapılıb. Partlamamış bomba "Keson-Plaza" ticarət mərkəzinin girişinə yerləşdirilibmiş.

 

İnternetdə Banqkokdakı partlayış anının görüntüləri yayılıb.

 

Terror aktından sonra Tailandda təhlükəsizlik tədbirləri gücləndirilib. Hərbçilər və polis əməkdaşları Banqkokun turizm mərkəzini mülki şəxslərdən təmizləyib. 

Müəllif | Apa.Tv
Apa.tv