Azərbaycanda avro ucuzlaşmağa başladı

Mərkəzi Bank avqustun 18-ə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, uzun müddətdən sonra ilk dəfə olaraq ABŞ dollarının kursu dəyişməz qalıb. Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,0488 manat olaraq saxlayıb. Həftəyə ucuzlaşma ilə başlayan avro manat qarşısında dəyərini itirməkdədir. Avrozonanın vahid valyutasının bu günə olan kursu 1,1619 manat olaraq açıqlanıb. Rusiya rublunun da kursu dəyişməz qalıb. Mərkəzi Bank 1000 Rusiya rublunun məzənnəsini 16 manat 10 qəpik olaraq müəyyən edib. 

Müəllif | Apa.Tv
Apa.tv