DSX rəhbərliyi Fəxri Xiyabanda

 

18 avqust - Azərbaycan Sərhəd Mühafizəsinin yarandığı gündür.

 

APATV-nin məlumatına görə , Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 96-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi və şəxsi heyəti Fəxri Xiyabana gələrək Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar.

 

Sərhədçilər görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət ediblər.

 

Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş cəsur Vətən övladlarının xatirəsi anılıb, məzarları üzərinə gül, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Azərbaycanın ilk sərhədçi Milli Qəhrəmanı Eldar Məmmədovun da məzarı ziyarət edilib.

Müəllif | Apa.Tv
Apa.tv