Ukrayna iqtidarında "qalaqurma": Yatsenyuk baş nazir postundan götürülür

Ukraynanın hökumət rəhbəri Arseniy Yatsenyuk baş nazir postundan gedə bilər. APA TV-nin Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, o, bu halda ölkənin Milli Bankının başına gətiriləcək. Arseniy Yatsenyuka əlavə stimul kimi hazırda portfelində 240 milyard qriven (təxminən 711 milyard rubl) olan Əmanətlərin Qarantiya Fondunun rəhbərliyi vəzifəsi də vəd edilir. Bundan əlavə hazırkı baş nazirin Milli Banka rəhbər gətirilməsi ona və lideri olduğu "Xalq cəbhəsi" partiyasına növbəti seçkilərdə əlavə siyasi dividentlər də qazandıra bilər. Ehtimallara görə, qarşıdan gələn siyasi yarışda Yatsenyukun partiyası prezident Pyotr Poroşenkonun bloku ilə birləşəcək. Hazırda baş nazirin partiyasının reytinqi olduqca zəifləyib. Poroşenko bloku ilə müqayisədə hökumət rəhbərinin partiyasının ictimai dəstəyi 7 dəfə azdır. Birləşmə Aresniy Yatsenyuka prezident blokundan "parovoz" kimi istifadə edib parlamentə nümayəndələrini yerləşdirmək imkanı verə bilər. Yatsenyukun ona ediləcək təklifi qəbul edəcəyi təqdirdə baş nazir vəzifəsinə gətiriləcək şəxsin adı da açıqlanıb. Bu, maliyyə naziri Natali Yareskodur.

Müəllif | Apa.Tv
Apa.tv