Şəmkirdə həmkəndlilərin davası: 22 yaşlı oğlan öldürüldü

Şəmkir rayonunda qətl törədilib.

 

Şəmkir Rayon Prokurorluğundan APA TV-yə verilən məlumata görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Məzahir İsgəndərov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi, 1993-cü il təvəllüdlü Rasim Qənbərlini bıçaqlayaraq qətlə yetirib.

 

Hadisəni törədən Məzahir İsgəndərov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv