Ağ kağızı dollara necə çevirmək olar? - ACI TƏCRÜBƏ

Moskva polisi Afrika ölkələrindən olan iki cinayətkarı saxlayıb. APA TV-nin "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, saxlanılanlar "sehrli maye"dən istifadə edərək adi kağızı 100 dollarlıq əskinaslara çeviriblər. Polisə o da bildirilib ki, həmin şəxslər bəzi insanlara da iş birliyi təklif ediblər.

Polis İdarəsinə gətirilən şəxslə burada əsl tamaşa göstəriblər. Onlar zərərçəkənlərin gözü qarşısında kağız vərəqlərini kimyəvi mayeyə salaraq həqiqi əskinasla saxtanın fərqini yoxlamağı təklif ediblər.

Onlar kimyəvi maddə ilə təmasda olduqda sağlamlıqlarının da qeydinə qalıblar. Proses boyu onlar əlcəklərdən və xüsusi maskalardan istifadə ediblər.

Müəyyən miqdarda pul "düzəltdikdən" sonra onlar valyutadəyişmə məntəqələrinə gedərək bu pulları həqiqi əskinaslara çeviriblər. Onların bazara nə qədər saxta pul ötürdüyü məlum deyil. Dələduzlar saxlanılan zaman onlardan xeyli ağ vərəq götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv