AKP açıqladı: Davudoğlu səlahiyyətindən imtina edəcək

Türkiyədə AKP-nin iştirakı ilə koalisiya hökuməti qurulmayacağı rəsmiləşib. APA TV-nin məlumatına görə, AKP rəsmiləri baş nazir Əhməd Davudoğlunun hökumət qurmaq səlahiyyətini bu axşam prezident Ərdoğana qaytaracağını açıqlayıblar. Qeyd edək ki, prezident Konstitusiyaya uyğun olaraq hökumət qurmaq səlahiyyətini seçkilərdə ən çox səs toplamış partiyanın sədrinə - Əhməd Davudoğluna vermişdi. 45 gün müddətində CHP və MHP ilə danışıqlar aparan Davudoğlu ötən həftə koalisiya qurmaq imkanlarının tükəndiyini, növbədənkənar seçkilərin keçirilməsinin qaçılmaz olduğunu açıqlayıb. Prosedura görə, prezident ya hökumət qurmaq səlahiyyətini CHP-yə verməli, ya növbədənkənar seçkilər elan edərək müvəqqəti hökumət qurmalıdır. 

Müəllif | Apa.Tv
Apa.tv