Yığmamız sonuncu pilləyə düşdü

8-ci tur, Azərbaycan milli komandasının oynadığı dünya çempionatının "F" seçmə qrupunda dəyişikliklərə səbəb oldu. Milli komandamızın hələ Ramat Qanda 1-1 hesablı görüşündən sonra xal itkisi ilə üzləşən israil komandası Rusiya ilə səfər görüşündən məğlubiyyətlə dönür. Futbolçularımızdan gözləmədiyi oyuna görə psixoloji durumdan 3 gün ərzində yaxa qurtarmayan yəhidilər, Rusiya komandasına fasiliyədək müqavimət göstərə bildilər. Sankt Peterburqadakı 3-1 hesablı qələbədə topları qapıdan Vasili Berezuski, Aleksandr Kokorin və Denis Qluşakov keçirdi. Roman Şirokovsa penaltini batırdı. Oyuna əlavə edilən son dəqiqədəsə Eran Zahavi təsəlli qolunu vurdu. Xallarını 18-ə çatdıran Rusiya 1 xal aşağı olan Portuqaliya komandasını keçməklə qurupda liderliyi ələ aldı.

 

Lüksemburq komandasısa Şimali İrlandiya üzərində dramatik bir qələbə qazandı. 14-cü dəqiqədə Martin Petersonun vurduğu qolla hesabda geri düşməsinə baxmıyaraq, birinci hissənin sonunda Aurelien Joaşimlə hesabı bərabərləşdirən yerli futbolçular, ikinci hissənin axırına yaxın Stefano Bensi ilə ikinci qolu vuraraq önə keçdilər. Bir qədər sonra Haret Makaulinin qapıdan keirdiyi topla  məğlubiyyətdən qurtardığını hesab edən Şimali İrlandiya, 87-ci dəqiqədə uduzdu. Matias Yeniş Lüksemburqa qələbə qazandırdı. Seçmə mərhələlərin 44 ev oyunu ərzində ilk qələbə ilə Lüksemburqun 3 xalı, milli komandamızın ən aşağı pilləyə düşməsi ilə nəticələndi. Şimali İrlandiya ilə Lüksemburq 6 xalla 4-cü, 5-ci yerləri bölüşür. oktyabrın 11-də lX turda Lüksemburq Rusiya ilə, Azərbaycan Şimali İrlandiya ilə, Portuqaliya isə İsrail komandası ilə görüşəcək. Seçmə mərhələnin sonuna 2 oyun qaldı.

 

Müəllif | Apa.Tv