Şiddətli istilər başlayır: 41 dərəcə

Avqustun 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, sabah havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 32-37 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə  21-26, gündüz 34-41 dərəcə, dağlıq rayonlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv