Tovuzda 5 otaqlı evdə yanğın baş verib

Tovuzda yaşayış evində yanğın olub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Nəsimi küçəsində Eldar Abdullayevə məxsus 5 otaqlı evdə qeydə alınıb. Ümumi sahəsi 268 kvadratmetr olan birmərtəbəli ev qəfildən tüstülənməyə başlayıb. Yanğın baş verən küçədə mənzillər bir-birinə yaxın yerləşdiyindən alovun digər evlərə keçməsi təhlükəsi də artıb. Əraziyə Tovuz Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Alov tez bir zamanda söndürülsə də evin 1 otağı ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyləri sayəsində evin qalan hissəsi yanğından mühafizə etmək mümkün olub. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli