İmişlidə oğrunun qeyri-adi fırıldağı: evə girmək üçün ot tayalarına od vurdu

İmişli sakininin evindən qızıl-zinət əşyaları oğurlanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli sakini əvvəlcə qonşusu İmranov Sənana məxsus fərdi yaşayış evinin həyətində yerləşən 1000 bağlama ot presini yandırıb və sonra da evdən qızıl-zinət əşyalarını oğurlayıb. Hadisə İmişli şəhəri, Xiyabani küçəsi 18-də qeydə alınıb. İmişli polisi tərəfindən keçirilən əməliyyat axtarışları nəticəsində  hadisəni  İmişli şəhər sakini, əvvəllər iki dəfə məhkum olunmuş Əhmədov Sakit tərəfindən törətdiyini aşkar edib. Sakit Əhmədov şübhəli  şəxs qismində  saxlanılıb. Əhmədov Sakit oğurluq etdiyini etiraf edib. Məlum olub ki,  ev sahiblərinin  alovun söndürülməsinə başları qarışan zaman fürsətdən istifadə edən Sakit Əhmədov evə daxil olaraq ordan qızıl-zinət əşyalarını oğurlayaraq aradan çıxıb.

 

Faktla bağlı İmişli polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv