Beynəlxalq Olimpiya Komitəsinə yeni prezident seçildi
Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti və hüquq komissiyasının rəhbəri Tomas Bax bu mötəbər təşkilatın prezidenti seçildi. 59 yaşlı alman hüquqşünas, uğurlu biznesmen, 1976 Monreal Olimpiadasının qılıncoynatmanın rapira üzrə qalibi və ikiqat dünya çempionu Bax bu vəzifiyə əsas namizəd idi. 49 səs toplayan yeni prezident 2001-ci ildən təşkilata rəhbərlik edən Jak Roqqun postuna digər 5 namizədin ən yaxın izləyicisindən 20 səs çox qazandı.