Zaqatalada 22 yaşlı oğlanı və iti çaqqal dişləyib

Zaqatala rayonunda 22 yaşlı oğlanı çaqqal dişləyib.

 

Hadisə rayonun Paşan kəndində baş verib. Övladı çaqqalın hücumuna məruz qalan valideyn bildirib ki, son vaxtlar çaqqalların əlindən toyuq-cücə saxlamaq olmur. Hətta vəhşi heyvan təsərrüfatlara da ziyan vurur.

 

Kənd sakini 22 yaşlı Abdulnəsir Şabanov gecə saatlarında evə gələrkən çaqqal ona hücum çəkib.

 

Abdulnəsirlə yanaşı çaqqalın hədəfinə qonşuluqda olan it də çevrilib. Əgər həyətdə it olmasaydı, çaqqal evdə yaşayan insanlara zərər verə bilərdi.

 

Çaqqal dişləyən it isə sahibi tərəfindən ağaca bağlanıb və itdə quduzluq əlamətinin olub-olmaması araşdırıldıqdan sonra bəlli olacaq.

 

Çaqqal dişləyən şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib.

 

Qeyd edək ki, çaqqalın insanlara hücumu faktı ilk deyil. 12 gün öncə avqust ayının 6-da rayonun altı sakinini də çaqqal dişləmişdi.

Müəllif | Apa.Tv
Apa.tv