"Dəli" ləqəbli erməni "qanuni oğru" öldü

Ermənistanda məşhur 87 yaşlı "qanuni oğru" Karlen Tovmasyan ölüb. APA TV-nin məlumatına görə, avtoritet  bir neçə gün əvvəl yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Ermənistan cəmiyyətində ona münasibət heç də birmənalı olmayıb. O qeyri-adi hərəkətlər etdiyi üçün cəmiyyətdə “Dəli Karlen” ləqəbi ilə tanınırdı. Sovet hakimiyyəti illərində Karlenin qumbaralarla polisə hücum etdiyi iddia olunur. O, “sxodka”lara iki əxlaqsız qadının müşayiəti ilə gəlirmiş.

 

Tovmasyanın ürək çatışmazlığından öldüyü bildirilir. Onun harada dəfn ediləcəyi hələlik məlum deyil.

 

Müəllif | Apa.Tv