Putin Krıma belə getdi - REAL GÖRÜNTÜ

Rusiya prezidenti Vladimir Putin Krıma gedib. APA TV-nin məlumatına görə, Putin Ukraynadan ayrılaraq təktərəfli müstəqilliyini elan edən Krımının Yalta şəhərində keçirilən turizmlə bağlı mərasimə qatılıb. O, ziyarətinin ikinci günündə Krımda olan etniklərin təmsilçiləri ilə də görüşüb.

 

Putinin Krıma səfəri rəsmi Kiev tərəfindən heç də xoş qarşılanmayıb. Ukrayna prezidenti Pyotr Poroşenko Putinin Krımı ziyarət etməzdən əvvəl Kiyevdən icazə almasını xatırladıb. O, bu barədə Rusiya Xarici İşlər Nazirliyinə nota göndərildiyini də vurğulayıb.  Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda isə qeyd olunur ki,  Krım və Sevastopol müvəqqəti olaraq Rusiya tərəfindən işğal olunan Ukrayna torpaqlarıdır.

 

Xatırladaq ki, Krım 2014-cü ilin mart ayında müstəqilliyini elan edib. Bu, beynəlxalq ictimaiyyətin, o cümlədən Ukrayna rəhbərliyinin sərt tənqidinə səbəb olub. Ukrayna hələ də yarımadanı Ukraynanın bir hissəsi sayır.

 

Krımın ilhaqı Rusiyaya qarşı ABŞ və Avropa Birliyinin sanksiyalarına səbəb olub. Rəsmi Kiyev dəfələrlə Rusiyanı Donbas separatçılarını dəstəkləməkdə günahlandırıb. Amma Moskva dəfələrlə bunu təkzib edib.

 

Müəllif | Apa.Tv