Dollar bahalaşdı, avro ucuzlaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Mərkəzi Bank avqustun 19-na olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, uzun müddətdən sonra ilk dəfə olaraq ABŞ valyutasının kursu Azərbaycan manatına nisbətdə möhkəmlənib. Dolların rəsmi məzənnəsi 0, 0002 manat və ya 0,02 faiz artaraq 1,0490 manata yüksəlib. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0033 manat və ya 0,28 faiz azalaraq 1,1586 manat olub.

Müəllif | Apa.Tv
Apa.tv