PKK İstanbulda polis məntəqəsinə hücum etdi, ölən və yaralananlar var

İstanbulda polislə PKK terrorçuları arasında toqquşmalar yaşanıb. APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi məlumata görə, qarşıdurmada 1 nəfər ölüb, 4 nəfər saxlanılıb. Şəhərdə yenidən irimiqyaslı anti-terror əməliyyatlarına start verilib.


PKK terrorçuları əllərində "molotof kokteylləri" və digər silahlarla polisə hücum ediblər. Əraziyə əlavə qüvvələr göndərildikdən sonra onlar hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açmağa başlayıblar. Polisin cavab atəşi nəticəsində 17 yaşında adı açıqlanmayan bir nəfər öldürülüb. Qrup ara məhəllələrə dağılaraq hadisə yerindən qaçıb. Bundan sonra İstanbulun bir neçə səmtində axtarışlar başlanılıb. 4 PKK terroçusu yaxalanıb, küçələrdən partlamamış qumbaralar və "molotof kokteylləri" götürülüb. Hazırda əməliyyatların davam etdiyi bildirilir. Prosesə helikopterlər də havadan dəstək verir.
 

Müəllif | Apa.Tv
Apa.tv