İraqda neft mədəni partladıldı: 20 hərbçi öldü

İraqda güclü partlayış törədilib. APA TV-nin "Al Arabia" telekanalına istinadən verdiyi məlumat görə, ölkənin Bəyci şəhərində baş verən hadisə nəticəsində 20 hərbçi ölüb. Bəyci paytaxt Bağdaddan 200 kilometr şimal-qərbdə yerləşir və İraqın ən böyük neft zavodlarından biri də bu şəhərdədir. Həmin zavodun istehsal gücü sutka ərzində 300 min barreldir.


 

Müəllif | Apa.Tv
Apa.tv