Azərbaycanda tikinti şirkətinin rəhbərinə ağır cəza: 12 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Rövşən Hacızadənin və Qərib Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA TV-nin "Lent.az"a istinadən verdiyi məlumat görə, Rövşən Hacızadə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə Qərib Məmmədovun barəsində 8 il şərti cəza təyin edib.

Xatırladaq ki, Rövşən Hacızadə "Karat" MTK-nın icraçı direktoru olub.

 

İttihama görə, o, tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. 

 

Müəllif | Apa.Tv
Apa.tv