"Bursaspor" Ermənistan yığmasının oyunçusu üçün 3,5 milyon avro təklif etdi

Türkiyənin "Bursaspor" klubu Ermənistan yığmasının və Moskvanın "Spartak" komandasının yarımmüdafiəçisi Aras Ozbilizin transferi üçün "qırmızı-ağlar"a 3, 5 milyon avro təklif edib. Onun keçidi yay transfer pəncərisinin sonunda gerçəkləşə bilər.

Xatırladaq ki, xavbek ötən il yalnız bir dəfə çıxıb. Aras Ozbilizin "Spartak"la müqavilə müddəti 2018-ci ilin sonuna qədərdir. Aras Ozbiliz Ermənistan yığmasının oyunçusu olsa da onun türk əsilli olduğu deyilir.
 

Müəllif | Apa.Tv
Apa.tv