Azərbaycanlı generalın oğlu məhkəmə zalından azadlığa buraxıldı
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğluna hökm oxunub.
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov sədrliyi ilə keçirilən prosesdə Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Məhkəmənin hökmü ilə Tamerlan Əsədullayevə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, bu il aprelin 10-da Bakının Yasamal rayonunda fəaliyyət göstərən “Senator” restoranında dava-dalaş baş verib, bir nəfər bıçaqlanıb.
Tamerlan Əsədullayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub və Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.