PKK-dan xain hücum: 8 türk əsgəri şəhid oldu

Türkiyənin cənub-şərqindəki Siirt vilayəti ərazisində PKK terrorçuları Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularını daşıyan hərbi avtomobili partladıblar.

 

APA TV-nin NTV-yə istinadən vediyi məlumata görə, Siirt-Pərvari yolunun kənarına daha öncə basdırılmış bombanın partladılması nəticəsində yoldan keçən hərbi avtomobilin içərisindəki 8 əsgər şəhid olub. Hadisədən sonra əraziyə əlavə qüvvələr cəlb olunub və terrorçulara qarşı əməliyyat başlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv