Zaqatalada fındıq bağları yandı

Zaqatalada fındıq bağlarında  yanğın olub.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, yanğın hələki bilinməyən səbəbdən rayonun Aşağı Tala kənd inzibati ərazisində, kənd sakinlərinə məxsus fındıq bağlarında, ot sahələrində və yol kənarındakı kol-kos olan ərazidə baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon DYMH-nin yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Aşağı Tala sakinlərinə məxsus 2 hektar fındıq bağı, 4 hektar isə quru ot sahəsi və yol kənarındakı kol-kos və ağaclar yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha da genişlənərək digər kənd sakinlərinə məxsus fındıq bağlarına keçməsinin qarşısı alınıb.


Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov