78 yaşlı kişi ağır yol qəzası törətdi

Goranboyda ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunun Səfikurd kəndindən keçən hissəsində qeydə alınıb. Rayon sakini Bəxtiyar Ələsgərovun idarə etdiyi “HOVO” markalı yük maşını ilə 1937-ci il təvəllüdlü Sarif Məmmədovun idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Nissan”ın sürücüsü Sarif Məmmədov hadisə yerində ölüb, onun həyat yoldaşı, 1942-ci il təvəllüdlü Məmmədova Almaz Cahangir qızı, onun gəlini və nəvəsi müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi xəstəxanasına çatdırıblar.  

 

Faktlarla bağlı Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli