Xaçmaz-Quba yolunda iki maşın toqquşub, maşınlardan biri yanıb - QƏZA GÖRÜNTÜSÜ
Dünən axşam saatlarında Xaçmaz-Quba yolunda qəza baş verib. APA TV-nin Şimal bürosunun məlumatına görə, hadisə magistralın 7-ci kilometrliyində qeydə alınıb.
BMW markalı avtomaşınla “Mersedes” toqquşub. Qəzadan sonra “Mersedes” yanmağa başlayıb. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.