Əhmədlidə keçmiş polis əməkdaşı bıçaqlanıb

Gecə  saatlarında  Bakının  Xətai  rayonunda  keçmiş polis əməkdaşı bıçaqlanıb. APA TV-nin məlumatına görə, təcili  tibbi  yardım maşını ilə  3 saylı  Şəhər Kliniki Xəstəxanasına içkili vəziyyətdə olan naməlum şəxs gətirilib. Onun bıçaqlandığı məlum olub. Əməliyyat olunan yaralının   həyatı  xilas edilib.

 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Araşdırmalar  nəticəsində yaralının  33 yaşlı  Samir  Cəfərov  olduğu müəyyən edilib. O, keçmiş polis əməkdaşıdır. Yaralı ilkin ifadəsində bildirib ki, onu  metronun  "Əhmədli"  stansiyasının  qarşısında  tanımadığı  şəxs  bıçaqlayıb.

 

Faktla bağlı  Xətai  rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırmalar davam etdirilir.

 

Keçmiş polis əməkdaşının kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı dəqiqləşdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv