Nazarbayev: "Neftin qiyməti 30 dollara düşəcək"
Neftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir.
APA TV-nin məlumatına görə, bu sözləri Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.
O bildirib ki, mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır.
Nazarbayev qeyd edib ki, neftin və metalların aşağı səviyyədə olan qiymətləri 5 il ərzində qorunacaq. "Bu dövr ərzində inkişafda olan ölkələrin investisiya və kapitala çıxışı məhdud səviyyədə olacaq" deyə prezident qeyd edib.