Türkiyədə dollar kabusu: lirə "öldü"

Türkiyədə bu səhər ABŞ dollarının məzənnəsi 3 lirəlik psixoloji həddi keçib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında Türkiyənin milli valyutası tarixi minimumu yeniləyib. Belə ki, 1 ABŞ dolları 3,0020 lirə səviyyəsinə yüksəlib. Sonradan 1 ABŞ dollarının məzənnəsi bir qədər enərək 2,96 lirəyə bərabər olub.  

Müəllif | Apa.Tv
Apa.tv