Əlil gənclərin problemi Milli Məclisdə müzakirə olunacaq

Bu gün dünya əhalisinin təxminən 10%-ni əlillər təşkil edir. Azərbaycanda isə bu rəqəm 4,8%-dir. APA TV xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev dedi. Nazir müavinin sözlərinə görə, nazirlik əlil gənclərin asudə vaxtlarının təşkili, yaradıcı potensialının nümayişi, idmanla məşğulluğu sahəsindəki uğurlarının təmin edilməsi sahəsində addımlar atılır.

 

Əlillərin təhsil şəraitini yaxşılaşdırmaq, onları ali təhsil müəssələrinə cəlb etmək üçün Milli Məclisin müvafiq komisiyyası ilə görüşlər keçiriləcək və problemin həlli istiqamətində danışıqlar aparılacaq.

 

Qeyd edək ki, bu gün Bakıda “Şərq Nağılı” Əlilliyi olan Gənclərin I Beynəlxalq Yaradıcılıq Festivalı başlayıb. Festivalda da 7 ölkədən 150-dən artıq əlil gənc iştirak edir. 3 gün davam edəcək festivalın sonunda konsert proqramının keçirilməsi nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv