Yazıçı Vidadi Babanlının ayağı sınıb

Yazıçı Vidadi Babanlının ayağı sınıb. Vidadi Babanlı bildirib ki, hadisə Zaqatalada istirahətdə olarkən baş verib. Yazar hazırda yataq şəraitində müalicə aldığını bildirib.

 

"Eyvandan yıxıldım. İstədim stuldan tutum, stul da saxlamadı, ayağım sındı. Bitişməsi üçün vaxt lazımdır".

 

Yazıçı əlavə edib ki, o Zaqatalada yeni əsəri üzərində çalışır.

 

Mən gecə yatanda da Allahıma yalvarıram ki, mənə imkan ver yeni əsərimi tamamlayım. Ondan sonra daha ixtiyar özünündür".

 

Vidadi Babanlı ayağı sağalana qədər Zaqatalada qalacağını bildirib.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov