Avro sürətlə bahalaşır, rubl ucuzlaşır - MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı həftənin son rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. Mərkəzi Bank 1 ABŞ dollarının dəyərini 1,0479 manat olaraq müəyyənləşdirib. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsi isə 1,18% faiz bahalaşaraq 1,1814 manat olub. Rusiya rublu isə ucuzlaşmaqda davam edir. Rubl bir gün ərzində manat qarşısında 1,91% dəyər itirib. Hazırda 1000 Rusiya rublunun qiyməti 15 manat 40 qəpikdir. 

Müəllif | Apa.Tv
Apa.tv