Bakıda intihar etmək istəyən 23 yaşlı gənc son anda xilas edildi
Ötən gün intihar məqsədi ilə özünü dənizə atan şəxs xilas edilib. Bu barədə APA TV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Nazirliyin “112” qaynar telefon xəttinə Suraxanı rayonundakı Hövsan çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar. Xilasedicilər intihar məqsədi ilə özünü dənizə atan şəxsi xilas edərək aidiyyəti orqanlara təhvil veriblər. Hadisə şahidlərinin APA TV-yə verdiyi məlumata görə, kimlik yoxlaması zamanı məlum olub ki, intihar etmək istəyən şəxs 1992-ci il təvəllüdlü, Bakı şəhər sakini Fuadov Fuad Mədət oğludur. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.